“Ağıllı dəli adam”…

“Ağıllı dəli adam”…

O, dəli,fərsiz adlandırılmağına rəğmən,çoxlarından daha ağıllı,daha etibarlı idi.Yaşadığı mühit ona qarşı son dərəcə amansız davranır,onun hər dediyinə məsxərə edərək küçümsərlərdi.Ancaq bütün bunlara baxmayaraq “ağıllı dəli adam” heç zaman digərlərinə qarşı nanəcib hərəkət etməz,ağıllı olduğunu bilə-bilə dəli adlandırılmağndan zərrə qədər də utanmazdı.Utanılası heç nə olmadığını anlayan “ağıllı dəli adam” “ağıllılar” içərisində “dəli” kimi yaşayar və azacıq həyatının çoxlarına ibrət olacaq hadisələrlə bol olmasına rəğmən heç kim bunlardan dərs almazdı,dərs alması lazım gələn şeylərə isə görməməzlikdən gələrlərdi… Qəribədir “ağıllı dəli adam”ın gözəl kefiyyətlərindən biri heç zaman yalan söyləməz,gələcəklə bağlı dediklərinin çoxusunun düz çıxması idi.Hətta o bir dəfə “ağıllı” adamların az qala rəğbətini qazanacaqdı, amma bu adamlar təkəbbürlük edərək “ağıllı dəli adam”ın dediyini sadəcə olaraq bir təsadüf kimi adlandırdılar və ona yenə də dəliki,dəli deməyə davam etdilər… “ “Ağıllı dəli adam”ın çoxlarına qeyri-adi görünən kefiyyətləri çoxlarının yuxusunu belə ərşə çəkmişdi.Heç kimə bir pisliyi toxunmayan bir insanın (ağıllı ya da dəli fərqi yox) digərlərini bu cür narahat edən nə ola bilərdi görəsən?Bu sualın cavabını “ağıllı dəli adam” onlardan soruşsa belə tapa bilməyəcəkdi,tapa bilməsi belə mümkün olmayacaqdı.Çünki,özlərinə “ağıllı” deyən adamlar “dəli” adlandırdıqları adama nisbətən çox-çox ağılsız idilər və bu həqiqəti içlərində qəbul eləsələr də heç zaman dillərində təsdiq edə bilməzdilər.Bu təsdiq onların məğlubiyyəti olacağından heç kim bunu edə bilməzdi,etsəydi belə o da dəli adlandırılacaq və ağıllı adamlar cəmiyyətindən tədricən təcrid olunacaqdı…(Milyonlarla “ağıllı” insanın “ağıllılar” cəmiyyətində yaşayaraq bütün ömrünü zavallı olaraq sürdüyünün,ağıllı adamlara pənah gətirərək onlardan ağıllı məsləhətlər almaq ümidi ilə yaşadıqlarının və bir gün bütün bu axtarışlarının heç bir faydası olmadığının şahidi olmuruqmu biz “ağıllı” adamlar?).
“Ağıllı dəli adam” qısa ömrünün çox az hissəsini özünə həsr edərək yaşadı,bu da onun uşaqlıq illəri idi.Əslinə qalsa onun uşaqlıq illəri belə özünə həsr edilməmişdi.O,daima digər uşaqları düşünər,onların uşaq problemləri ilə maraqlanar,qayğılarına qalardı.”Ağıllı” böyük adamlar bu uşağın qeyri-adi olduğunu düşünər,onun gələcəyi haqqında təzadlı fikirlər yürüdərlərdi…Bəziləri onu “kiçik dahi”,bəziləri isə uşaqlıq psixologiyası yerində olmayan uşaq kimi qələmə verərdilər.Amma bu balaca “ağıllı dəli adam”ın bir günahı var idi,bu da onun digərlərinə nisbətən daha ağıllı,daha öngörən olması idi.Daha bu balaca uşaq nə biləydi ki,zaman keçəcək,illər üstünə illər gəldikcə onu dəli adlandıracaq,dediklərini heç kimə gərəksiz söz yığını kimi rədd edəcəkdilər…Çünki,o “ağıllı” insanlara sərf etməyən,eyblərini açıb göstərən biri olacağı üçün heç kəs tərəfindən qəbul edilməyəcəkdi.
“Ağıllı dəli adam” insanlara hər şeyin ən yaxşısını tövsiyə edərdi,harda olursa olsun hər zaman haqqın tərəfdarı olardı.Qadınlara şəhvət gözü ilə baxmamağı,kişilərlə var-dövlət üçün evlənməməyi, tacirlərin müəyyən olunmuş məbləğdən artıq üstünə qoymamağı,yetimlərin haqqını yeməməyi,hüquq məsələlərində ədalətli olmağı və s. kimi bir çox məsələləri digərlərindən tələb edərdi və tələb etdiyi üçün də hər kəs ona qeyri-adi,dəli insan kimi baxarlardı.Necə,hansı prizmadan baxmaqları onun vecinə deyildi,bu dünyanı vecinə almayan “ağıllı dəli adam” özü bildiyi kimi yaşamaqda israrlı idi.Çünki,o sözöndən dönsəydi onlar kimi “ağıllı” insan olacaqdı və “ağıllı” insan olmaq onu çox qorxudurdu…O,öz-özünə daima belə düşünərdi.”Məni qəbul etmirlər etməsinlər.Özləri bilərlər.Amma mən də onların qəbul etdiklərini qəbul etməyəcəyəm…Əgər qəbul etsəm demək mən də “ağıllı” adamlardan biri olacağam və təbii ki,belə ağıllı olmaqdansa olmamaq yaxşıdır…Yeganə təsəllim budur ki,mən onlara qalib gələ bilmədiyim kimi,onlarda mənə qalib gələ bilməyəcəklər…Yaşasın “ağıllı dəli adam” olaraq yaşamaq!”Həyatda bu şüarın nə qədər ki,”ağıllı” adamlar yaşayırlar,yaşayacaqlar heç zaman qəbul olmayacağını bilə-bilə yaşadı “ağıllı dəli adam” və ona görə bu şüardan gözəl şüar olmayıb,olmayacaqdı da…
Ağıllı dəli adam” keşməkeşli həyatda nə az, nə çox cəmi otuz beş il yaşadı.Bu illər heç zaman onun iradəsini qıra bilmədi.O, doğulduğanda necə varsa, həyatada gözlərini eləcə qapadı….Yəni saf,təmiz.günahsız…

23.08.2011 2:50:55 Habil Yaşar… (Ola bilsin ardı və ya əlavələr olsun)..

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: