Ədalət .

Hanı yer üzündə ədalət hanı,
Tapa bilməyirik ədaləti biz.
Nəyimiz qalıb ki,qürurlanası,
İtirdik ən böyük səadəti biz.

Vaxtında qədrini bilmədik sənin,
İndi dizimizə döyüb qalmışıq.
Adından danışa-danışa sənin,
İndi adından da uzaqlaşmışıq.

Bilirəm heç zaman dönməzsən geri,
Bizim aramızda yoxdur yer sənə.
Silib yer üzündən ədalətləri,
Ədalət gəzirik,ədalət yenə.

Görürsən nə qədər qəribəyik biz,
Səni öldürürük diriltmək üçün.
Ölçüyə sığmayır əməllərimiz,
Düzmü söyləyirəm ədalər üçün?

01.09.2011 3:53:33 HY

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: