Dahi…(Esse).

Dahi…hər bir insanın ürəyindən keçən öndə gələn istəklərdən biri bəlkə də birincisidir dahi olmaq…İnanmıram, həyatda elə bir insan tapıla ki, ömründə bircə dəfə də olsun bu arzunu xəyal etməsin.Əlbəttə, dahi olmaq milyonlar üçün sadəcə bir istək olaraq da qaldığını unutmuruq.Bu ada layiq olanlar belə onun məsuliyyətindən heç bir zaman yaxa qurtara bilməyəcəklərini yaxşı anlayırlar. Çünki , bu ada layiq olanlar milyonlar içindən seçildiklərindən milyonlara örnək olmaqla da görəvlidirlər. Dahilər yer üzünə əsrdə bir, milyonda bir doğuduqlarından və yaşadıqları mühitin aynasına çevrildiklərindən daha çətin olur onlara bu dünyada yaşamaq. Çünki onlar bir evin, bir obanın deyil də, bir məmləkətin, bir olan dünyanın sorumluluqlarını üzərinə götürən qeyri-adi şəxsiyyətlərdir.Məhz bu qeyri-adiliklə onlar digərlərindən fərqləndikcə fərqlənirlər.Dahilər bu adı həyatda qazanmırlar, doğularkən bu xüsusiyyəti özləri ilə gətirirlər və bu da onların bir missiyasına çevrilir.
Dahi olmaq istəyirsənsə heç bir zaman dahi olacağını düşünməməli, bu ada sahib olmaq üçün çalışmamalısan. Bu ada sahib olmaq üçün sən ona yox, o sənə möhtac olmayıncaya qədər, çalışmalı, sadəcə çalışmalı yox, eyni zamanda sözün əsl mənasında mübarizə aparmalısan. Hər etdiyin gözəl əməli, hər yazdığın maraqlı əsəri, qurub yaratdığın hər nə varsa bütövlükdə hamısını kiçik sanmalı bacarmalısan ki, gözəldən sonra ən sevimlini, maraqlıdan sonra ən heyrətamizi də tapa biləsən.Yoxsa etdiklərinin kölgəsində qalıb qürurlanmaqdan başqa heç nə edə bilməzsən, bu isə sənə heç zaman ucalıq gətirməz, əksinə səni gün-gündən ucalmaqdansa, endirər, çünki sən kifayətlənib qaldığın yerdən etibarən geri addım atmağa başlayacaqsan və bu addım səni bu addan hər gün daha da uzaqlaşdırdıqca uzaqlaşdıracaq.
Dahiliyə gedən yol gərgin əmək və mübarizədən başlayır. Nə qədər istedadlı olsan yenə əməyə, mübarizəyə möhtac olduğunu unutmamalısan. Bir şeyi də unutmamalısan ki, sən dahi olmağa inadkarlığının, güclü iradənin köməyi ilə ucala bilərsən. Dahilər atdığı hər addımda belə nələri isə ölçüb-biçir, nələri isə düşünür, nələri isə,hətta özlərini belə amalları uğrunda qurban verməyə razılaşırlar. Əgər sən də dahi olmaq istəyirsənsə o zaman bir çox şeylərdən keçəcəyinə, ancaq bu yoldan dönməyəcəyinə, sona kimi əzmlə mübarizə aparacağına inanmalısan.Məhz bu inamda sənə bu yolda kömək olacaq, səni yaşamağa, yaratmağa həvəsləndirəcək, içindəki istedadın üzə çıxmasına imkan verəcək. İnamsız gedilən yollardan bir şey gözləmək dahilərə məxsus olmayan xüsusiyyətdir və sən də dahi olmaq istəyirsən sə inamlı,cəsarətli,əzmkar,mübariz ol, Əgər bütün bunlar sən də varsa o zaman yola çıxmağın məsləhətdir, bu yolun səni işıq gələn tərəfə aparacağndan əminəm…Mənə isə ”Yaxşı yol” demək düşər , elə isə “Yaxşı yol”…
12.09.2011 2:24:21 HY

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: