Səni…

Bir yüksən qəlbimin içində qalan,
Çıxarıb atada bilmirəm səni.
Hər gün özlüyümdən uzaqlaşıram,
Bəlkə uzaqlarda görməyəm səni.

Bir kölgə kimisən yolumun üstə,
Yanımdan heç yana çəkilməyirsən.
Yaxşıda, yamanda desəm “ baş üstə ”,
Söyləyib xətrimi əzizləyirsən.

Bir dərman kimisən ömrümə mənim,
Səni içməliyəm “zəhər” də olsan.
Nə qədər bitməyib düşüncələrim,
Səni yazmalıyam “kədər” də olsan.

Bir gülsən ən gözəl qoxulu bir gül,
Əlimdə gəlməyir qoparam səni.
Mənsə təzadlarla doluyam ancaq,
Məndən uzaqlaş ki, yoraram səni.

20.11.2011 3:16:50 HY

Bir şərh yazın